İndoneziyanın Lombok adası (Qərbi Nusa-Tenqara əyaləti) sularında “Putri Yasmin” sərnişin bərəsində yanğın baş verib.
Əks-səda xəbər verir ki, bu barədə “Xinhua” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Ümumilikdə 112 sərnişin xilas edilib.
Padanqbaydakı rəsmi nümayəndə bildirib ki, sərnişin siyahısına əsasən, bərənin göyərtəsində 114 nəfər və 17 heyət üzvü olub. Sərnişinlər və heyət üzvləri arasında itki barədə məlumat daxil olmayıb.
Yanğın “Putri Yasmin” gəmisi Balidən qonşu Lombok adasına doğru hərəkətdə olarkən baş verib. Hadisənin səbəbi hələ ki müəyyən edilməyib.


