• Home  
  • Ermənistanda insan alveri ilə məşğul olan əcnəbilər saxlanılıb
- Dünya - Gündəm - KriminaI

Ermənistanda insan alveri ilə məşğul olan əcnəbilər saxlanılıb

Polis Ermənistanda insan alveri ilə məşğul olan əcnəbiləri saxlayıb. Əks-səda xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Kriminal Polis Baş İdarəsinə əcnəbi vətəndaşın Ermənistanda insan alveri ilə məşğul olması barədə məlumat daxil olub. Polislar əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən ediblər ki, 30 yaşlı kişi özünü müxtəlif adlarla təqdim edərək həmyerlisi olan qadınları aldadaraq Ermənistana aparıb. […]

Kriminal

Polis Ermənistanda insan alveri ilə məşğul olan əcnəbiləri saxlayıb.

Əks-səda xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Kriminal Polis Baş İdarəsinə əcnəbi vətəndaşın Ermənistanda insan alveri ilə məşğul olması barədə məlumat daxil olub. Polislar əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən ediblər ki, 30 yaşlı kişi özünü müxtəlif adlarla təqdim edərək həmyerlisi olan qadınları aldadaraq Ermənistana aparıb.

Daha sonra o, qadınların pasportlarını alaraq onları Kotayk vilayətinin Arinc kəndindəki malikanələrdən birinə aparıb və ayrı-ayrı otaqlarda təcrid edib. Daha sonra onların müdafiəsiz vəziyyətindən istifadə edərək, zor tətbiq etməklə və hədələmə yolu ilə onları öz həmvətənləri ilə cinsi əlaqəyə girməyə məcbur edib.

Polislər malikanədə bir qrup şəxsi saxlayıblar. Onların arasında 30 yaşlı kişi və daha bir əcnəbi vətəndaş var.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.