• Home  
  • Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq
- Cəmiyyət - Dünya - Gündəm

Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq

Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq. Əks-səda “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu deyib. O qeyd edib ki, son dövrlərdə Türkiyədə siqaretdən istifadə səviyyəsində artım müşahidə olunur. Nazirin sözlərinə görə, Türkiyədə ölüm hallarının təxminən 60 faizinə səbəb olan xəstəliklərin əsas amillərindən biri tütün istifadəsidir. Kemal Memişoğlu əlavə edib […]

Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq.

Əks-səda “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu deyib.

O qeyd edib ki, son dövrlərdə Türkiyədə siqaretdən istifadə səviyyəsində artım müşahidə olunur.

Nazirin sözlərinə görə, Türkiyədə ölüm hallarının təxminən 60 faizinə səbəb olan xəstəliklərin əsas amillərindən biri tütün istifadəsidir. Kemal Memişoğlu əlavə edib ki, Türkiyədə əhalinin təxminən 33 faizi, yəni hər üç nəfərdən biri tütün istifadə edir. Nazir həmçinin Türkiyənin dünyada siqaret istifadəsinin səviyyəsinə görə ikinci yerdə olduğunu iddia edib.

Onun sözlərinə görə, qanun layihəsinin bir neçə həftə ərzində Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsi planlaşdırılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.