• Home  
  • Nepalda qar uçqunu olub, 14 nəfər itkin düşüb
- Dünya - Gündəm - Hadisə

Nepalda qar uçqunu olub, 14 nəfər itkin düşüb

Himalayın Nepaldakı hissəsində – Ximlunq dağında qar uçqunu altında qalan düşərgədə Nepalın 14 vətəndaşı itkin düşüb. Əks-səda xəbər verir ki, bu barədə “Kathmandu Post” qəzeti məlumat yayıb. Yürüş təşkilatçılarının sözlərinə görə, pis hava şəraiti helikopterlərə axtarış-xilasetmə əməliyyatı aparmaq üçün 7126 metr hündürlükdəki dağın zirvəsinə çatmağa imkan verməyib. Dəqiqləşdirilib ki, itkin düşənlər bələdçilər və xidmətçi heyətin daxil […]

Hadisə

Himalayın Nepaldakı hissəsində – Ximlunq dağında qar uçqunu altında qalan düşərgədə Nepalın 14 vətəndaşı itkin düşüb.

Əks-səda xəbər verir ki, bu barədə “Kathmandu Post” qəzeti məlumat yayıb.

Yürüş təşkilatçılarının sözlərinə görə, pis hava şəraiti helikopterlərə axtarış-xilasetmə əməliyyatı aparmaq üçün 7126 metr hündürlükdəki dağın zirvəsinə çatmağa imkan verməyib.

Dəqiqləşdirilib ki, itkin düşənlər bələdçilər və xidmətçi heyətin daxil olduğu ekspedisiya komandasının üzvləridir. Hazırda cəmi 22 iştirakçıdan 14-nün itkin düşdüyü bildirilir.

Qəzet qeyd edib ki, itkin düşənlər arasında əcnəbi turistlər yoxdur.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.