• Home  
  • Azərbaycan cüdoçuları dünya çempionatında rekorda imza atıblar
- Gündəm - Idman - Ölkə

Azərbaycan cüdoçuları dünya çempionatında rekorda imza atıblar

Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizəni yeddi medalla başa vurublar. Əks-səda xəbər verir ki, medallardan birinin əyarı qızıl, ikisi gümüş, dördü isə bürünc olub. Oktyabrın 4-də start verilən yarışın ilk günündə Əhməd Yusifov (60 kq) dünya çempionu adını qazanıb. Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər […]

İdman

Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizəni yeddi medalla başa vurublar.

Əks-səda xəbər verir ki, medallardan birinin əyarı qızıl, ikisi gümüş, dördü isə bürünc olub.

Oktyabrın 4-də start verilən yarışın ilk günündə Əhməd Yusifov (60 kq) dünya çempionu adını qazanıb.

Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, komandamız indiyə qədər dünya çempionatlarında 7 medal qazana bilməmişdi.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatına sabah qarışıq komanda yarışı ilə yekun vurulacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.