• Home  
  • “İnter Mayami” MLS-də “Di Si Yunayted”ə qalib gəlib, Messi dubl edib
- Dünya - Gündəm - Idman

“İnter Mayami” MLS-də “Di Si Yunayted”ə qalib gəlib, Messi dubl edib

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi MLS müntəzəm çempionatında “Di Si Yunayted”ə qarşı ev oyununda iki qolla fərqlənib. Əks-səda xəbər verir ki, görüş 4:0 hesabı ilə başa çatıb. Həmçinin uruqvaylı forvard Luis Suaresin hesabında da dubl var. Messi müntəzəm çempionatın ən yaxşı bombardirləri siyahısında liderliyini möhkəmləndirib. Onun hesabında 23 qol var. “İnter Mayami” MLS-də qələbəsiz seriyaya […]

İdman

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi MLS müntəzəm çempionatında “Di Si Yunayted”ə qarşı ev oyununda iki qolla fərqlənib.

Əks-səda xəbər verir ki, görüş 4:0 hesabı ilə başa çatıb. Həmçinin uruqvaylı forvard Luis Suaresin hesabında da dubl var.

Messi müntəzəm çempionatın ən yaxşı bombardirləri siyahısında liderliyini möhkəmləndirib. Onun hesabında 23 qol var.

“İnter Mayami” MLS-də qələbəsiz seriyaya son qoyub. Komanda beş oyun ərzində qələbə qazana bilmirdi. Sonuncu dəfə “İnter Mayami” avqustun 30-da evdə “Monreal”ı darmadağın edərək (7:1) rəqibindən üstün olmuşdu. Bundan sonra klub dörd dəfə heç-heçə edib və bir dəfə məğlubiyyətə uğrayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.