• Home  
  • Rusiyada “Yandex” məlumat mərkəzi dron hücumundan sonra fəaliyyətini dayandırıb
- Dünya - Gündəm - Hadisə

Rusiyada “Yandex” məlumat mərkəzi dron hücumundan sonra fəaliyyətini dayandırıb

Rusiyanın Vladimir şəhərində bulud xidmətlərini təmin edən “Yandex” məlumat mərkəzi dron hücumundan sonra fəaliyyətini tamamilə dayandırıb. Əks-səda xəbər verir ki, bu barədə “Yandex Cloud” teleqram kanalında bildirib. Hücum nəticəsində məlumat mərkəzinin avadanlığına ziyan dəyib. Xəsarət alan olmayıb. Mütəxəssislər fəsadların aradan qaldırılması üçün hadisə yerində işləyirlər. Şirkət xəbərdarlıq edib ki, qalan infrastruktur qəza rejimində işləyir və onun […]

Hadisə

Rusiyanın Vladimir şəhərində bulud xidmətlərini təmin edən “Yandex” məlumat mərkəzi dron hücumundan sonra fəaliyyətini tamamilə dayandırıb.

Əks-səda xəbər verir ki, bu barədə “Yandex Cloud” teleqram kanalında bildirib.

Hücum nəticəsində məlumat mərkəzinin avadanlığına ziyan dəyib. Xəsarət alan olmayıb. Mütəxəssislər fəsadların aradan qaldırılması üçün hadisə yerində işləyirlər.

Şirkət xəbərdarlıq edib ki, qalan infrastruktur qəza rejimində işləyir və onun sabitliyinə zəmanət verilmir.

Məlumat mərkəzinin işini nə vaxt tam bərpa edəcəyi hələ məlum deyil.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.