• Home  
  • Maykl Cordana məxsus forma hərracda rekord məbləğə satılıb
- Dünya - Gündəm - Idman

Maykl Cordana məxsus forma hərracda rekord məbləğə satılıb

Milli Basketbol Assosiasiyasının (NBA) altıqat qalibi Maykl Cordanın “Çikaqo”nun heyətində son mövsümündə çıxış etdiyi forması hərracda rekord məbləğə – 14 milyon dollara satılıb. Əks-səda xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Cordan bu maykada 1998-ci il final seriyasının “Yuta”ya qarşı ikinci matçında (93:88) çıxış edib və həmin görüşdə 37 xal toplayıb. Sonradan komanda […]

İdman

Milli Basketbol Assosiasiyasının (NBA) altıqat qalibi Maykl Cordanın “Çikaqo”nun heyətində son mövsümündə çıxış etdiyi forması hərracda rekord məbləğə – 14 milyon dollara satılıb.

Əks-səda xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Cordan bu maykada 1998-ci il final seriyasının “Yuta”ya qarşı ikinci matçında (93:88) çıxış edib və həmin görüşdə 37 xal toplayıb. Sonradan komanda seriyada qalib gəlib (4-2). Alıcı amerikalının avtoqrafı olan formaya sahib olub.

14 milyon dollarlıq məbləğ basketbolla bağlı satılan əşyalar üçün rekord olub. Həmçinin forma idman tarixində ikinci ən bahalı forma olub. Rekord amerikalı beysbolçu Beyb Rutun formasına məxsusdur. O, 2024-cü ildə 24,12 milyon dollara alınıb.

Daha əvvəl Maykl Cordana məxsus forma hərracda 12,26 milyon dollara satılmışdı.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.