• Home  
  • Panamada daha bir güclü zəlzələ baş verib
- Dünya - Gündəm - Hadisə

Panamada daha bir güclü zəlzələ baş verib

Panamada, Sona şəhərindən 32 kilometr cənub-qərbdə 6,4 maqnitudalı zəlzələ baş verib. Əks-səda xəbər verir ki, bu barədə Panama Universitetinin Yer elmləri İnstitutunun saytında bildirilib. Məlumatda vurğulanıb ki, yeraltı təkanların ocağı 5 kilometr dərinlikdə yerləşib. Zəlzələnin episentri ölkənin Sakit okean sahilləri bölgəsində, Veraquas və Çiriki əyalətləri yaxınlığında yerləşib. Yeni zəlzələ oktyabrın 9-da qeydə alınmış güclü seysmik hadisədən […]

Hadisə

Panamada, Sona şəhərindən 32 kilometr cənub-qərbdə 6,4 maqnitudalı zəlzələ baş verib.

Əks-səda xəbər verir ki, bu barədə Panama Universitetinin Yer elmləri İnstitutunun saytında bildirilib.

Məlumatda vurğulanıb ki, yeraltı təkanların ocağı 5 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin episentri ölkənin Sakit okean sahilləri bölgəsində, Veraquas və Çiriki əyalətləri yaxınlığında yerləşib.

Yeni zəlzələ oktyabrın 9-da qeydə alınmış güclü seysmik hadisədən üç gün sonra baş verib. Həmin vaxt Tonosidən 39 kilometr şimal-qərbdə, dörd kilometr dərinlikdə 7,2 maqnitudalı zəlzələ baş vermişdi.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.