• Home  
  • Mavrikidə kütləvi iğtişaşlardan sonra məktəblər bağlanıb
- Dünya - Gündəm - Hadisə

Mavrikidə kütləvi iğtişaşlardan sonra məktəblər bağlanıb

Mavrikinin bir sıra rayonlarında oktyabrın 13-ü polis əməkdaşının gənc qadını yaralaması nəticəsində baş verən kütləvi iğtişaşlardan sonra məktəblər bağlanıb. Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi bildirib. Yerli medianın məlumatına görə, hadisə oktyabrın 9-u axşam saatlarında, 27 yaşlı Elodi Tomas işdən qayıdarkən baş verib. Bədənindəki güllənin çıxarılması üçün zərərçəkən üzərində cərrahi əməliyyat […]

Mavrikinin bir sıra rayonlarında oktyabrın 13-ü polis əməkdaşının gənc qadını yaralaması nəticəsində baş verən kütləvi iğtişaşlardan sonra məktəblər bağlanıb.

Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi bildirib.

Yerli medianın məlumatına görə, hadisə oktyabrın 9-u axşam saatlarında, 27 yaşlı Elodi Tomas işdən qayıdarkən baş verib. Bədənindəki güllənin çıxarılması üçün zərərçəkən üzərində cərrahi əməliyyat aparılıb. Atəş açılması ilə əlaqədar polis serjantına ilkin ittihamlar irəli sürülüb.

Oktyabrın 12-si axşam saatlarında etirazçılar ölkənin bir neçə rayonunda avtomobil təkərlərini yandırıb və yolları bağlayıblar, polis aksiyaya müdaxilə edib.

Baş nazirin dəftərxanasından bildirilib ki, vəziyyət artıq normallaşıb və dövlət xidmətləri adi rejimdə işini bərpa edib.

Bununla belə, ölkənin Təhsil Nazirliyi məktəblərdə dərslərin bərpa olunma tarixini hələ dəqiqləşdirməyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.