• Home  
  • Gürcüstandan 112 əcnəbi deportasiya edilib, Azərbaycan vətəndaşları da var
- Dünya - Gündəm - Siyasət

Gürcüstandan 112 əcnəbi deportasiya edilib, Azərbaycan vətəndaşları da var

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlərdə 112 xarici ölkə vətəndaşını ölkədən deportasiya edib. Əks-səda xəbər verir ki, əməliyyatlar nazirliyin müvafiq bölmələri ilə əlaqələndirilmiş şəkildə həyata keçirilib. Bildirilib ki, Miqrasiya Departamentinin keçirdiyi kompleks tədbirlər nəticəsində Pakistan, Misir, Banqladeş, Rusiya, Azərbaycan, Türkmənistan, İraq, Hindistan, Livan, Mərakeş, Nigeriya, Ermənistan, Türkiyə, Burundi, Vyetnam, Keniya, İordaniya, Nepal, Uqanda və […]

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlərdə 112 xarici ölkə vətəndaşını ölkədən deportasiya edib.

Əks-səda xəbər verir ki, əməliyyatlar nazirliyin müvafiq bölmələri ilə əlaqələndirilmiş şəkildə həyata keçirilib.

Bildirilib ki, Miqrasiya Departamentinin keçirdiyi kompleks tədbirlər nəticəsində Pakistan, Misir, Banqladeş, Rusiya, Azərbaycan, Türkmənistan, İraq, Hindistan, Livan, Mərakeş, Nigeriya, Ermənistan, Türkiyə, Burundi, Vyetnam, Keniya, İordaniya, Nepal, Uqanda və digər ölkələrin vətəndaşları Gürcüstandan çıxarılıblar.

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.