• Home  
  • Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb
- Dünya - Gündəm - Hadisə

Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb

Rumıniya-Ukrayna sərhədi yaxınlığında üç pilotsuz uçuş aparatına (PUA) görə Rumıniya iki “F-16” qırıcısını və “IAR-330 Socat” helikopterini havaya qaldırıb. Əks-səda xəbər verir ki, Rumıniyanın “Digi24” telekanalı ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinad edən məlumat yayıb. “Oktyabrın 14-ü səhər saatlarında Milli Müdafiə Nazirliyinin radiolokasiya müşahidə sistemi Ukrayna ərazisindəki Vılkove kəndi yaxınlığında, Rumıniya ilə sərhədin bilavasitə yaxınlığında hərəkət […]

Rumıniya-Ukrayna sərhədi yaxınlığında üç pilotsuz uçuş aparatına (PUA) görə Rumıniya iki “F-16” qırıcısını və “IAR-330 Socat” helikopterini havaya qaldırıb.

Əks-səda xəbər verir ki, Rumıniyanın “Digi24” telekanalı ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinad edən məlumat yayıb.

“Oktyabrın 14-ü səhər saatlarında Milli Müdafiə Nazirliyinin radiolokasiya müşahidə sistemi Ukrayna ərazisindəki Vılkove kəndi yaxınlığında, Rumıniya ilə sərhədin bilavasitə yaxınlığında hərəkət edən hava hədəflərini qeydə alıb. Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki “F-16” qırıcısı və “IAR-330 Socat” helikopteri havaya qaldırılıb”, – məlumatda bildirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.