UEFA Çempionlar Liqasının ümumi mərhələsində II turun növbəti oyunları keçirilib.
Əks-səda xəbər verir ki, turun ikinci oyun günündə doqquz qarşılaşma baş tutub.
Turun mərkəzi oyununda Fransanın PSJ klubu səfərdə İngiltərənin “Mançester Siti” komandasını 4:2 hesabı ilə məğlub edib. İspaniyanın “Real” klubu isə səfərdə İtaliyanın “Roma” komandasına qarşı əzmkar qələbə qazanıb. Madrid təmsilçisi yeddi dəqiqə ərzində üç qol vuraraq 4:3 hesablı qələbəyə sevinib.
İngiltərənin “Liverpul” komandası da məhsuldar qarşılaşmada Avstriyanın LASK klubunu 6:3 hesabı ilə darmadağın edib.
UEFA Çempionlar Liqası
Ümumi mərhələ, II tur
14 oktyabr
- “Feyenoord” (Niderland) – “Komo” (İtaliya) – 3:2
- LASK (Avstriya) – “Liverpul” (İngiltərə) – 3:6
- “Roma” (İtaliya) – “Real” (İspaniya) – 3:4
- “Aston Villa” (İngiltərə) – “Fənərbağça” (Türkiyə) – 6:0
- “Betis” (İspaniya) – “Portu” (Portuqaliya) – 3:2
- “Budyo-Qlimt” (Norveç) – “Borussiya Dortmund” (Almaniya) – 1:0
- “Mançester Siti” (İngiltərə) – PSJ (Fransa) – 2:4
- “Şaxtyor” (Donetsk, Ukrayna) – AEK (Afina, Yunanıstan) – 3:1
- “Slovan” (Bratislava, Slovakiya) – “Ştutqart” (Almaniya) – 0:3



