• Home  
  • Pentaqon Latın Amerikasına 600 hərbçi göndərir
- Dünya - Gündəm - Siyasət

Pentaqon Latın Amerikasına 600 hərbçi göndərir

ABŞ narkokartellərə qarşı əməliyyatları genişləndirmək çərçivəsində 10-cu Dağ Atıcı Diviziyasının (Nyu-York ştatının Fort-Dram bazasında yerləşir) təxminən 600 hərbçisini Latın Amerikasına göndərir. Əks-səda “The New York Times” qəzetinə istinadən xəbər verir ki, təxminən 600 nəfərdən ibarət batalyon artıq Panamada yerləşdirilməyə başlayıb. Bundan əlavə, amerikalı hərbçilərin Kolumbiya və Hondurasda təlim keçəcəyi gözlənilir. Onların narkotik alverçilərinə qarşı yönəlmiş xüsusi […]

ABŞ narkokartellərə qarşı əməliyyatları genişləndirmək çərçivəsində 10-cu Dağ Atıcı Diviziyasının (Nyu-York ştatının Fort-Dram bazasında yerləşir) təxminən 600 hərbçisini Latın Amerikasına göndərir.

Əks-səda “The New York Times” qəzetinə istinadən xəbər verir ki, təxminən 600 nəfərdən ibarət batalyon artıq Panamada yerləşdirilməyə başlayıb. Bundan əlavə, amerikalı hərbçilərin Kolumbiya və Hondurasda təlim keçəcəyi gözlənilir.

Onların narkotik alverçilərinə qarşı yönəlmiş xüsusi əməliyyatlara dəstək verməsi də istisna edilmir.

Paralel olaraq, Pentaqon MQ-9 Reaper pilotsuz uçuş aparatlarını Kolumbiya və Ekvadora göndərib. ABŞ hərbçiləri, həmçinin gəmilərdən qurudakı hədəflərə zərbələrin genişləndirilməsi imkanlarını nəzərdən keçirirlər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.