• Home  
  • İsrail aviasiyası Livanın cənubunda “Hizbullah”ın mövqelərinə zərbələr endirib
- Dünya - Gündəm - Hadisə

İsrail aviasiyası Livanın cənubunda “Hizbullah”ın mövqelərinə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri son sutka ərzində Livanın cənubunda azı beş yaşayış məntəqəsində “Hizbullah” radikal qruplaşmasının obyektlərinə zərbələr endirib. Əks-səda xəbər verir ki, bu barədə “Al-Markaziya” agentliyi məlumat yayıb. Qeyd olunub ki, İsrail təyyarələri Beyt-Lif, Meyfadun, Sarbin, Haris və Əl-Mansuri yaşayış məntəqələrində qruplaşmanın obyektlərini hədəfə alıb. Eyni zamanda, İsrail artilleriyası Livan ərazisini intensiv atəşə tutub. Bundan […]

İsrail Hərbi Hava Qüvvələri son sutka ərzində Livanın cənubunda azı beş yaşayış məntəqəsində “Hizbullah” radikal qruplaşmasının obyektlərinə zərbələr endirib.

Əks-səda xəbər verir ki, bu barədə “Al-Markaziya” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, İsrail təyyarələri Beyt-Lif, Meyfadun, Sarbin, Haris və Əl-Mansuri yaşayış məntəqələrində qruplaşmanın obyektlərini hədəfə alıb. Eyni zamanda, İsrail artilleriyası Livan ərazisini intensiv atəşə tutub.

Bundan əlavə, İsrailin xüsusi təyinatlı qüvvələri Nəbatiyə əyalətində yerləşən Kfar-Tibnit şəhərinin ətrafında reydlər keçirib.

Eyni zamanda Əl-Xiyam şəhərinin ətrafındakı Cəllahiya və Həmmamə yaşayış məntəqələri intensiv pulemyot atəşinə tutulub. Yerli hakimiyyət orqanları dağıntılar və xəsarət alanlar barədə məlumat verməyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.