• Home  
  • Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib
- Dünya - Gündəm - Hadisə

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Böyük Britaniyada ABŞ Silahlı Qüvvələri tərəfindən istifadə edilən Ferford aviabazası yaxınlığında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər həbs olunub. Əks-səda xəbər verir ki, bu barədə “Associated Press” yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb. Məlumata görə, Britaniya polisi bazar günü partlayıcı maddə saxlamaqda şübhəli bilinən bir neçə kişini saxlayıb və hava bazasının yaxınlığında yerləşən evlərin sakinlərini […]

Hadisə

Böyük Britaniyada ABŞ Silahlı Qüvvələri tərəfindən istifadə edilən Ferford aviabazası yaxınlığında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər həbs olunub.

Əks-səda xəbər verir ki, bu barədə “Associated Press” yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.

Məlumata görə, Britaniya polisi bazar günü partlayıcı maddə saxlamaqda şübhəli bilinən bir neçə kişini saxlayıb və hava bazasının yaxınlığında yerləşən evlərin sakinlərini təxliyə edib. Bazaya doğru hərəkət edən üç nəqliyyat vasitəsi şübhə doğurub. Onlar sonra terror aktı planlaşdırmaqda şübhəli bilinərək həbs ediliblər.

Londondan təxminən bir saat yarım məsafədə yerləşən qərbi İngiltərədəki Ferford aviabazası ərazisində fövqəladə vəziyyət elan edilib, hüquq-mühafizə orqanlarının əməkdaşları və avadanlıqları cəlb olunub.

AP xatırladır ki, baza ABŞ hərbçiləri tərəfindən İrana qarşı zərbələr endirmək üçün istifadə olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.