• Home  
  • “Venesiya” klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb
- Dünya - Gündəm - Idman

“Venesiya” klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb

İtaliya A Seriyası təmsilçisi “Venesiya” klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb. Əks-səda xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 53 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonunadək müqavilə bağlanıb. D.Nikola bu postda A Seriyasının startındakı ardıcıl 6 məğlubiyyətdən sonra oktyabrın 13-də işdən çıxarılan Covanni Stroppanı əvəz edib. İtalyan mütəxəssisin son iş yeri ölkəsində “Kremoneze” […]

İtaliya A Seriyası təmsilçisi “Venesiya” klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb.

Əks-səda xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

53 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonunadək müqavilə bağlanıb. D.Nikola bu postda A Seriyasının startındakı ardıcıl 6 məğlubiyyətdən sonra oktyabrın 13-də işdən çıxarılan Covanni Stroppanı əvəz edib.

İtalyan mütəxəssisin son iş yeri ölkəsində “Kremoneze” klubu olub. O, daha əvvəl “Kalyari”, “Empoli”, “Salernitana”, “Torino” və “Cenoa” komandalarına da rəhbərlik edib.

Qeyd edək ki, “Venesiya” altı turdan sonra A Seriyasının turnir cədvəlində sonuncu – 20-ci pillədə qərarlaşıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.