• Home  
  • Nigeriyada hərbi bazaya hücum nəticəsində azı 10 hərbçi ölüb
- Dünya - Gündəm - Hadisə

Nigeriyada hərbi bazaya hücum nəticəsində azı 10 hərbçi ölüb

Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında “Boko Haram” terror qruplaşmasının silahlıları olduğu ehtimal edilən şəxslərin hərbi bazaya hücumu nəticəsində azı 10 hərbçi ölüb, 20-dən çox insan yaralanıb. Əks-səda “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə hərbi mənbələr və yerli sakinlər məlumat veriblər. Onların məlumatına görə, gecə hücumu zamanı hökumət qoşunlarının mövqeləri ələ keçirilib, hərbi texnika məhv […]

Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında “Boko Haram” terror qruplaşmasının silahlıları olduğu ehtimal edilən şəxslərin hərbi bazaya hücumu nəticəsində azı 10 hərbçi ölüb, 20-dən çox insan yaralanıb.

Əks-səda “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə hərbi mənbələr və yerli sakinlər məlumat veriblər.

Onların məlumatına görə, gecə hücumu zamanı hökumət qoşunlarının mövqeləri ələ keçirilib, hərbi texnika məhv edilib, yaxınlıqdakı Mayrari kəndinin bir hissəsi isə yandırılıb.

Bundan əlavə, azı 5 mülki şəxs və 1 meşə mühafizəsi əməkdaşı ölüb.

Qeyd olunur ki, son həftələrdə “Boko Haram” və “Qərbi Afrikada İslam Dövləti” (ISWAP) daxil olmaqla, islamçı qruplaşmaların hücumları artıb.

Ötən həftə Nigeriya hərbçiləri Borno ştatındakı mövqelərdən birinə hücumu dəf edərək ISWAP-ın 25-dən çox silahlısını öldürüblər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.