• Home  
  • Qusarda çaqqal sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb
- Cəmiyyət - Gündəm - Ölkə

Qusarda çaqqal sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb

Qusar rayonunda çaqqal sakinlərə hücum edib. Əks-səda xəbər verir ki, rayonun İmamqulu kəndində günün müxtəlif saatlarında 2-si qadın, 1-i kişi olmaqla 3 nəfərə çaqqal hücum edib. Yerli sakinlərin verdiyi məlumata görə, yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə aparılıb. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib, zəruri tibbi yardım göstərilib və quduzluq […]

Qusar rayonunda çaqqal sakinlərə hücum edib.

Əks-səda xəbər verir ki, rayonun İmamqulu kəndində günün müxtəlif saatlarında 2-si qadın, 1-i kişi olmaqla 3 nəfərə çaqqal hücum edib.

Yerli sakinlərin verdiyi məlumata görə, yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə aparılıb. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib, zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.

Yaralılar müalicə üçün evə buraxılıblar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.