• Home  
  • Prezident İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
- Manşet - Ölkə - Rəsmi - Siyasət

Prezident İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib. Əks-səda xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi. Abhay Kumar ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi. Söhbət zamanı bu ilin sentyabrında Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində dövlətimizin başçısı ilə […]

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib.

Əks-səda xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.

Abhay Kumar ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi.

Söhbət zamanı bu ilin sentyabrında Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində dövlətimizin başçısı ilə Hindistanın Baş naziri Narendra Modinin təmasları xatırlandı.

Görüşdə Azərbaycan və hind xalqları arasında minilliklər boyu tarixi-mədəni əlaqələrin olduğu qeyd edildi, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.