• Home  
  • Ukrayna yaxın vaxtlarda İsveçdən “Gripen” qırıcı təyyarələrinin tədarükünü gözləyir
- Dünya - Gündəm - Texnologiya

Ukrayna yaxın vaxtlarda İsveçdən “Gripen” qırıcı təyyarələrinin tədarükünü gözləyir

Ukrayna yaxın vaxtlarda İsveçin “Gripen” qırıcı təyyarələri almağı gözləyir. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb. Təyyarələrin tədarükü məsələsi Zelenskinin İsveçin Baş naziri Ulf Kristerssonla görüşündə müzakirə olunub. Onun sözlərinə görə, tərəflər həmçinin Rusiya hücumlarından qorunmaq üçün Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi ehtiyaclarını müzakirə ediblər. “Gripen qırıcı təyyarələri üzrə əldə […]

Ukrayna yaxın vaxtlarda İsveçin “Gripen” qırıcı təyyarələri almağı gözləyir.

Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb.

Təyyarələrin tədarükü məsələsi Zelenskinin İsveçin Baş naziri Ulf Kristerssonla görüşündə müzakirə olunub.

Onun sözlərinə görə, tərəflər həmçinin Rusiya hücumlarından qorunmaq üçün Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi ehtiyaclarını müzakirə ediblər.

“Gripen qırıcı təyyarələri üzrə əldə edilmiş razılaşmalara görə İsveçə təşəkkür edirəm. Yaxın vaxtlarda onların tədarükünü gözləyirik. Onlar, xüsusilə “Shahed” tipli reaktiv dronların zərərsizləşdirilməsi zamanı F-16 qırıcılarımızı tamamlayacaq”, – Prezident qeyd edib.

Bundan əlavə, görüşdə Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmaq perspektivləri və qış ərəfəsində ölkənin enerji sektoruna dəstək müzakirə edilib.

Zelenski həmçinin Ukraynaya dəstəyə görə İsveçə, onun hökumətinə və şəxsən Kristerssona təşəkkür edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.