Böyük Britaniya Kanadanın təşəbbüsü ilə yaradılan Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankına (DSRB) qoşulma imkanını nəzərdən keçirir.
Əks-səda “Financial Times”a istinadən xəbər verir ki, Britaniya hökumətinin nümayəndəsi ölkənin bu təşəbbüslə maraqlandığını bildirib.
Hakim Leyboristlər Partiyasının nümayəndəsi isə qeyd edib ki, əvvəlki hökumət DSRB-yə qoşulmaq ideyasını dəstəkləməyib. Onun sözlərinə görə, yeni hökumət dövründə məsələ yenidən gündəmə gəlib.
DSRB-nin əsas məqsədi NATO üzvü ölkələrin müdafiə və təhlükəsizlik imkanlarının gücləndirilməsini maliyyələşdirməkdir.
Britaniyanın banka qoşulmasının ölkənin müdafiə xərclərini ÜDM-in 3 faizinə çatdırmaqla bağlı hədəfinə nail olmasına da töhfə verə biləcəyi bildirilir.


