• Home  
  • CAR-da 200-ə yaxın insan zəncirdə saxlanıldıqları reabilitasiya mərkəzindən xilas ediliblər
- Dünya - Gündəm - Hadisə

CAR-da 200-ə yaxın insan zəncirdə saxlanıldıqları reabilitasiya mərkəzindən xilas ediliblər

Cənubi Afrika Respublikasının (CAR) Mpumalanqa əyalətindəki gizli reabilitasiya mərkəzindən 200-ə yaxın insan xilas edilib. Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları və sosial xidmətlər gizli mərkəzin ləğv edilməsi üçün genişmiqyaslı xüsusi əməliyyat keçiriblər. Qeyri-insani şəraitdə saxlanılan təxminən 30 qadın və yetkinlik yaşına çatmayan şəxs də daxil olmaqla, 200-ə yaxın insan qanunsuz əsirlikdən azad edilib. Qeyd […]

Cənubi Afrika Respublikasının (CAR) Mpumalanqa əyalətindəki gizli reabilitasiya mərkəzindən 200-ə yaxın insan xilas edilib.

Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları və sosial xidmətlər gizli mərkəzin ləğv edilməsi üçün genişmiqyaslı xüsusi əməliyyat keçiriblər.

Qeyri-insani şəraitdə saxlanılan təxminən 30 qadın və yetkinlik yaşına çatmayan şəxs də daxil olmaqla, 200-ə yaxın insan qanunsuz əsirlikdən azad edilib. Qeyd olunur ki, mərkəzdə olan insanların bəziləri zəncirlənmiş və qidadan məhrum edilmişdi.

Polis “mərkəz”in təşkilatçılarını – 59 yaşlı din xadimi və onun 58 yaşlı həyat yoldaşını saxlayıb. Axtarış zamanı onlar binada 50-60 nəfərdən çox adamın olmadığını bildirərək baş verənlərin miqyasını gizlətməyə çalışıblar. Lakin güc strukturlarının əməkdaşları otaqlarda dörd dəfə çox insan aşkar ediblər. Ər-arvada adam oğurluğu, sanitariya normalarının pozulması və qanunsuz reabilitasiya fəaliyyətinin aparılması ittihamları irəli sürülüb.

Basqından sonra ən azı 14 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Azad edilən digər şəxslər isə dövlət böhran mərkəzləri üzrə bölüşdürülüb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.