• Home  
  • “Barselona” “Real”ın rekordunu təkrarlayıb
- Dünya - Gündəm - Idman

“Barselona” “Real”ın rekordunu təkrarlayıb

“Barselona” İspaniya çempionatında “Real”ın rekordunu təkrarlayıb. Əks-səda “Opta”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi buna La Liqanın IX turunda “Betis”i məğlub etməklə (5:2) nail olub. Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv bu turnirdə ardıcıl 9 oyunda qələbə qazanıb. 1968/1969 mövsümündə “Real” İspaniya çempionatında ardıcıl 9 oyunda qalib gəlib. Xatırladaq ki, La Liqanın X turunda “Barselona” məhz […]

“Barselona” İspaniya çempionatında “Real”ın rekordunu təkrarlayıb.

Əks-səda “Opta”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi buna La Liqanın IX turunda “Betis”i məğlub etməklə (5:2) nail olub.

Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv bu turnirdə ardıcıl 9 oyunda qələbə qazanıb.

1968/1969 mövsümündə “Real” İspaniya çempionatında ardıcıl 9 oyunda qalib gəlib.

Xatırladaq ki, La Liqanın X turunda “Barselona” məhz Madrid klubunu qəbul edəcək. Qarşılaşma oktyabrın 25-də baş tutacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.