Sankt-Peterburqda dron hücumu nəticəsində “Ozon”un logistika anbarlarının birində yanğın baş verib.
Əks-səda “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
“Biz operativ şəkildə bütün işçiləri təxliyə etdik, heç kim xəsarət almayıb”, – məlumatda qeyd olunub.
“Ötən gecə Sankt-Peterburqa pilotsuz uçuş aparatlarının hücumları zamanı Nevski, Krasnoselski, Krasnoqvardeyski, Moskva rayonlarında və “Peterburq neft terminalı”nın ərazisində mülki infrastruktur obyektlərində yanğın baş verib”, – şəhərin qubernatoru Aleksandr Beqlov bildirib.
Onun sözlərinə görə, hücumlar nəticəsində bir nəfər həlak olub, daha beş nəfər yaralanıb.


