• Home  
  • Türkiyədə sel nəticəsində ölənlərin sayı altı nəfərə çatıb
- Dünya - Gündəm - Hadisə

Türkiyədə sel nəticəsində ölənlərin sayı altı nəfərə çatıb

Türkiyənin İstanbul və Kocaeli şəhərlərində baş verən sel, daşqınlar nəticəsində həyatını itirənlərin sayı artıb. Əks-səda xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Məlumata görə, seldə itkin düşən Türkmənistan vətəndaşı Murad Babacanovun meyiti tapılıb. Həmçinin Kocaelidə də bir nəfərin meyiti 13 saat davam edən axtarışlardan sonra tapılıb. Bununla da ölənlərin sayı 6-ya çatıb. Bölgədə itkin […]

Türkiyənin İstanbul və Kocaeli şəhərlərində baş verən sel, daşqınlar nəticəsində həyatını itirənlərin sayı artıb.

Əks-səda xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, seldə itkin düşən Türkmənistan vətəndaşı Murad Babacanovun meyiti tapılıb. Həmçinin Kocaelidə də bir nəfərin meyiti 13 saat davam edən axtarışlardan sonra tapılıb. Bununla da ölənlərin sayı 6-ya çatıb. Bölgədə itkin düşən digər şəxslərin axtarışı davam etdirilir.

Xatırladaq ki, artıq bir neçə gündür, Türkiyənin bəzi şəhərlərində davam edən aramsız yağışlar ciddi fəsadlara yol açıb. Yağışların davam edəcəyi bildirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.