• Home  
  • Gürcüstanda azərbaycanlı gənc güllələnib
- Gündəm - KriminaI

Gürcüstanda azərbaycanlı gənc güllələnib

Gürcüstanda azərbaycanlı gənc başından güllələnib. Əks-səda Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hadisə saat 22:30 radələrində Marneuli bələdiyyəsinin Candar kəndində baş verib. 31 yaşlı Rahib Abdullayev gecə saatlarında yaşadıqları məhəllədə tanışı tərəfindən pnevmatik tapançadan açılan atəşlə ağır xəsarət alıb. Bildirilib ki, hadisə vaxtı 3 dəfə atəş açılıb. R.Abdullayev ağız və baş nahiyəsindən ağır zədələr alıb. O, dərhal […]

Gürcüstanda azərbaycanlı gənc başından güllələnib.

Əks-səda Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hadisə saat 22:30 radələrində Marneuli bələdiyyəsinin Candar kəndində baş verib.

31 yaşlı Rahib Abdullayev gecə saatlarında yaşadıqları məhəllədə tanışı tərəfindən pnevmatik tapançadan açılan atəşlə ağır xəsarət alıb.

Bildirilib ki, hadisə vaxtı 3 dəfə atəş açılıb. R.Abdullayev ağız və baş nahiyəsindən ağır zədələr alıb. O, dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.