• Home  
  • Fransanın daxili işlər naziri istefa verib, Makron onun ərizəsini rədd edib
- Dünya - Gündəm - Hadisə - Siyasət

Fransanın daxili işlər naziri istefa verib, Makron onun ərizəsini rədd edib

Fransanın daxili işlər naziri Loran Nunyes Prezident Emmanuel Makrona istefa ərizəsi təqdim edib. Əks-səda BFMTV-yə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidmətindən bildirilib. Daxili işlər nazirinin rəhbərinin istefası ilə bağlı çağırış bir sıra partiyalar tərəfindən səsləndirilib, lakin Makron onun ərizəsini rədd edib. “Mövcud şəraitdə hüquq-mühafizə orqanları üzərində nəzarətin qorunub saxlanılması zərurətini nəzərə alaraq, […]

Fransanın daxili işlər naziri Loran Nunyes Prezident Emmanuel Makrona istefa ərizəsi təqdim edib.

Əks-səda BFMTV-yə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidmətindən bildirilib.

Daxili işlər nazirinin rəhbərinin istefası ilə bağlı çağırış bir sıra partiyalar tərəfindən səsləndirilib, lakin Makron onun ərizəsini rədd edib.

“Mövcud şəraitdə hüquq-mühafizə orqanları üzərində nəzarətin qorunub saxlanılması zərurətini nəzərə alaraq, Prezident nümayişlər zamanı baş verən çoxsaylı zorakılıq hallarından sonra güclü təzyiq altında olan Loran Nunyesin istefasını rədd edib”, – deyə məlumatda bildirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.