• Home  
  • Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən daha bir şəxs həbs edilib
- Cəmiyyət - Gündəm - Hadisə - Ölkə

Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən daha bir şəxs həbs edilib

Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin qəsdən yandırılması faktı ilə bağlı daha bir şəxs həbs edilib. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə hadisəni törədən Fuad İbrahimovla birgə qeyd edilən cinayət əməlində əlbir olan tanışı İlkin Novruzov da şübhəli şəxs qismində müəyyən […]

Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin qəsdən yandırılması faktı ilə bağlı daha bir şəxs həbs edilib.

Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə hadisəni törədən Fuad İbrahimovla birgə qeyd edilən cinayət əməlində əlbir olan tanışı İlkin Novruzov da şübhəli şəxs qismində müəyyən olunaraq tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə hadisənin bütün hallarının araşdırılması istiqamətində müvafiq istintaq hərəkətləri davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.