• Home  
  • İsrail Niderlandın Ramallahdakı nümayəndələrinin diplomatik statusunu ləğv edib
- Dünya - Gündəm - Siyasət

İsrail Niderlandın Ramallahdakı nümayəndələrinin diplomatik statusunu ləğv edib

İsrail Niderland hökumətinin İordan çayının Qərb sahilindəki yəhudi yaşayış məntəqələrində istehsal olunan malların idxalını qadağan etmək qərarına cavab olaraq Niderlandın Ramallahdakı rəsmilərinin diplomatik statusunu ləğv edib. Əks-səda xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bildirib. Onun sözlərinə görə, Ramallahda yerləşən Niderland diplomatlarına İsrail tərəfindən verilmiş diplomatik sənədləri yeddi gün ərzində təhvil vermələri […]

Siyasət

İsrail Niderland hökumətinin İordan çayının Qərb sahilindəki yəhudi yaşayış məntəqələrində istehsal olunan malların idxalını qadağan etmək qərarına cavab olaraq Niderlandın Ramallahdakı rəsmilərinin diplomatik statusunu ləğv edib.

Əks-səda xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bildirib.

Onun sözlərinə görə, Ramallahda yerləşən Niderland diplomatlarına İsrail tərəfindən verilmiş diplomatik sənədləri yeddi gün ərzində təhvil vermələri bildirilib. Bu müddətdən sonra İsrail tərəfindən onlara verilən diplomatik imtiyazlar və toxunulmazlıqlar ləğv ediləcək.

Saar bildirib ki, Niderland istəsə, Fələstin Milli Muxtariyyətinin ərazisindən fələstinlilərlə münasibətlərdə öz maraqlarını təmsil etməyə davam edə biləcək.

“İsrail ona zərər vermək üçün nəzərdə tutulmuş tədbirləri görməzdən gəlməyəcək. İsrailə qarşı düşmənçilik və birtərəfli hərəkət edən hər hansı ölkə bölgədəki təsirini və əhəmiyyətini itirəcək”, – nazir bildirib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.