• Home  
  • Türkiyədə sel fəlakətindən ölənlərin sayı 9-a çatıb
- Dünya - Gündəm - Hadisə

Türkiyədə sel fəlakətindən ölənlərin sayı 9-a çatıb

Türkiyənin İstanbul və Kocaeli şəhərlərində aramsız yağışlar səbəbindən baş verən sel fəlakətindən ölənlərin sayı 9-a çatıb. Əks-səda xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Bildirilib ki, axtarışları davam edən daha bir nəfərin nəşi sel sularından çıxarılıb, bununla da ölənlərin sayı 9-a yüksəlib. Hazırda daha bir itkin şəxsin axtarışları davam etdirilir. Xatırladaq ki, artıq bir neçə […]

Türkiyənin İstanbul və Kocaeli şəhərlərində aramsız yağışlar səbəbindən baş verən sel fəlakətindən ölənlərin sayı 9-a çatıb.

Əks-səda xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, axtarışları davam edən daha bir nəfərin nəşi sel sularından çıxarılıb, bununla da ölənlərin sayı 9-a yüksəlib.

Hazırda daha bir itkin şəxsin axtarışları davam etdirilir.

Xatırladaq ki, artıq bir neçə gündür Türkiyənin bəzi şəhərlərində davam edən aramsız yağışlar ciddi fəsadlara yol açıb. Yağışların davam edəcəyi bildirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.