• Home  
  • Kürdəmirdə “Mercedes” “KamAZ”a çırpılıb, yaralılar var
- Cəmiyyət - Gündəm - Hadisə - Ölkə

Kürdəmirdə “Mercedes” “KamAZ”a çırpılıb, yaralılar var

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı nəqliyyat vasitəsi qarşısında hərəkətdə olan “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə minik maşınında olan Fərahim Hüseynov, Şəhriyar Ağazadə, Elvüsal Mustafayev və daha bir nəfər ağır bədən xəsarətləri alıblar. Yaralılar […]

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Əks-səda xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı nəqliyyat vasitəsi qarşısında hərəkətdə olan “KamAZ” markalı yük maşınına çırpılıb.

Nəticədə minik maşınında olan Fərahim Hüseynov, Şəhriyar Ağazadə, Elvüsal Mustafayev və daha bir nəfər ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Hadisə yerinə Dövlət Yol Polisi Bölməsinin əməkdaşları cəlb olunub və hadisənin baş vermə səbəbləri araşdırılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.