Pentaqon Şimali Karolinada qabaqcıl mikrosxemlərin istehsalına 1,5 milyard dollar yönəldəcək.
Əks-səda xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp həmin ştatda tərəfdarları qarşısında çıxış edərkən danışıb.
“Müharibə Nazirliyi Şimali Karolinada qabaqcıl yarımkeçirici çiplərin istehsalına 1,5 milyard dollar investisiya yatırır”, – o bildirib.
Amerika lideri daha əvvəl bildirmişdi ki, Birləşmiş Ştatlar mikrosxemlərin istehsalı üzrə özünün böyük zavodlarını inşa edir və gələcəkdə çip idxalına ehtiyac duymayacaq.


