Sabah İmişli, Saatlı, Sabirabad rayonları və Şirvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.
Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Bildirilib ki, SOCAR-ın “Qaz İxrac” İdarəsinin aparacağı təmir-quraşdırma işləri ilə bağlı oktyabrın 22-də saat 08:00-dan işlər yekunlaşana qədər İmişli, Saatlı, Sabirabad rayonunlarının bəzi ərazilərində, həmçinin Şirvan şəhəri Bayramlı qəsəbəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.


