• Home  
  • Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 14 nəfəri saxlayıb
- Dünya - Gündəm - KriminaI

Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 14 nəfəri saxlayıb

Stepanavanda (Ermənistan) saxlanılan 14 nəfər Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Əks-səda xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. “Axtarışlar və digər prosessual hərəkətlər Korrupsiyaya Qarşı Mübarizə Komitəsində həyata keçirilən cinayət icraatı çərçivəsində aparılır. 14 nəfər saxlanılıb. Zərurət yaranarsa, əlavə məlumat veriləcək”, – komitədən bildirilib. Oktyabrın 21-i səhər saatlarında eyniadlı fraksiyanın deputatı Andranik Gevorqyan Stepanavanda genişmiqyaslı […]

Stepanavanda (Ermənistan) saxlanılan 14 nəfər Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.

Əks-səda xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

“Axtarışlar və digər prosessual hərəkətlər Korrupsiyaya Qarşı Mübarizə Komitəsində həyata keçirilən cinayət icraatı çərçivəsində aparılır. 14 nəfər saxlanılıb. Zərurət yaranarsa, əlavə məlumat veriləcək”, – komitədən bildirilib.

Oktyabrın 21-i səhər saatlarında eyniadlı fraksiyanın deputatı Andranik Gevorqyan Stepanavanda genişmiqyaslı axtarışların aparıldığını və “Güclü Ermənistan” partiyasının tərəfdarlarının saxlanıldığını bildirib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.