• Home  
  • Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılışında iştirak edib
- Cəmiyyət - Manşet - Ölkə - Sosial

Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 21-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” Ümumdünya Sammitinin və Uşaq Onkologiyası üzrə İkinci Beynəlxalq Konqresin açılış mərasimində iştirak edib. Əks-səda xəbər verir ki, açılış mərasimindən əvvəl Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı və digər iştirakçıları […]

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 21-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” Ümumdünya Sammitinin və Uşaq Onkologiyası üzrə İkinci Beynəlxalq Konqresin açılış mərasimində iştirak edib.

Əks-səda xəbər verir ki, açılış mərasimindən əvvəl Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı və digər iştirakçıları qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Qeyd edək ki, oktyabrın 21–22-də keçiriləcək tədbirlərə 100-dən çox ölkənin nümayəndələri qatılıb.

Sammit Özbəkistanın təşəbbüsü ilə BMT Baş katibinin uşaqlara qarşı zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsi, BMT-nin Uşaq Fondu (UNICEF), Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Bankı ilə birgə təşkil olunub.

Sammitin yekununda Səmərqənd Bəyannaməsinin qəbul olunması gözlənilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.