• Home  
  • İtaliyada bərpa işlərinin aparıldığı 100 illik məhkəmə binası çöküb
- Dünya - Gündəm - Hadisə

İtaliyada bərpa işlərinin aparıldığı 100 illik məhkəmə binası çöküb

Boltsano şəhərində (İtaliyanın şimalı) 1920-ci illərə aid yerli məhkəmə binası çöküb. “Əks-səda” xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. Son vaxtlar bərpa və genişləndirmə işlərinin aparıldığı binanın təxminən dörddə biri çöküb. Boltsano məhkəməsinin sədri Françeska Bortolotti çökmənin yenidənqurma işlərinin aparıldığı zonadakı sütunlar səbəbindən baş verdiyini bildirib. Çökmə anında binanın içərisində üç nəfər olub, onlardan […]

Boltsano şəhərində (İtaliyanın şimalı) 1920-ci illərə aid yerli məhkəmə binası çöküb.

Əks-səda” xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Son vaxtlar bərpa və genişləndirmə işlərinin aparıldığı binanın təxminən dörddə biri çöküb.

Boltsano məhkəməsinin sədri Françeska Bortolotti çökmənin yenidənqurma işlərinin aparıldığı zonadakı sütunlar səbəbindən baş verdiyini bildirib.

Çökmə anında binanın içərisində üç nəfər olub, onlardan biri yüngül xəsarətlər alıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.