• Home  
  • Yaponiyada əhalinin azalması səbəbindən 145 məktəbin bağlanılması planlaşdırılır
- Cəmiyyət - Dünya - Gündəm

Yaponiyada əhalinin azalması səbəbindən 145 məktəbin bağlanılması planlaşdırılır

Yaponiyanın 47 prefekturasından azı 17-sində əhalinin azalması səbəbindən 2040-cı ilə qədər 145 dövlət məktəbinin bağlanılması planlaşdırılır. Əks-səda “Asahi” qəzetinə istinadən məlumatına görə, bunu nəşrin yerli hakimiyyət orqanları arasında apardığı sorğunun nəticələri göstərir. Məlumata görə, 13 prefektura 2030-cu ilə qədər 41 məktəbi, sonrakı on ildə isə daha 37 məktəbi bağlamağı planlaşdırır. Digər dörd prefektura 2040-cı ilə qədər […]

Yaponiyanın 47 prefekturasından azı 17-sində əhalinin azalması səbəbindən 2040-cı ilə qədər 145 dövlət məktəbinin bağlanılması planlaşdırılır.

Əks-səda “Asahi” qəzetinə istinadən məlumatına görə, bunu nəşrin yerli hakimiyyət orqanları arasında apardığı sorğunun nəticələri göstərir.

Məlumata görə, 13 prefektura 2030-cu ilə qədər 41 məktəbi, sonrakı on ildə isə daha 37 məktəbi bağlamağı planlaşdırır. Digər dörd prefektura 2040-cı ilə qədər daha 67 məktəbi bağlayacaq.

Lakin, yalnız 17 prefektura qarşıdan gələn məktəb bağlanmaları ilə bağlı konkret məlumat verib. Qalan 30 prefektura planlarının hələ də nəzərdən keçirildiyini bildirib.

Təhsil müəssisələrinin bağlanmasının əsas səbəbi məktəb yaşlı uşaqların sayı da daxil olmaqla əhalinin azalmasıdır.

Nəşrin istinad etdiyi Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin proqnozuna görə, 15 yaşdan kiçik əhali 2024-cü illə müqayisədə 2039-cu ilə qədər 15 % azalacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.