Göyçayda evlərdən 24 min manat oğurlanıb.
Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artıq pulu və 2500 manat dəyərində məişət əşyalarını talayaraq ələ keçiriblər.
Polisin keçirdiyi tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən R.Ağayev və qayınatası R.Dadaşov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs məhkəmənin qərarı ilə həbs olunub.


