Türkiyənin şimalındakı Çankırı şəhərində ağır avtomobil qəzası baş verib, dörd nəfər ölüb.
Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, şəhər istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməsini itirməsi nəticəsində avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Nəticədə avtomobilin sürücüsü Rəcəb Yazıçı (74) və sərnişinlər – Aişə Öztürk (56), Fatma Duman (74) və Kibar Yılmaz həlak olublar. Yaralanan bir nəfər isə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma başladılıb.


