• Home  
  • Böyük Britaniya Sudandakı münaqişənin 15 iştirakçısına qarşı sanksiyalar tətbiq edib
- Dünya - Gündəm - Siyasət

Böyük Britaniya Sudandakı münaqişənin 15 iştirakçısına qarşı sanksiyalar tətbiq edib

Böyük Britaniya Sudandakı münaqişənin hər iki tərəfi ilə əlaqəli 15 hərbi komandir, silahlı qrupların lideri və təhlükəsizlik xidmətlərinin əməkdaşına qarşı sanksiyalar tətbiq edib. Əks-səda “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb. Bildirilib ki, London onları cinsi zorakılıqda, işgəncələrdə və dinc sakinlərə hücumlarda ittiham edir. Siyahıya Çevik Reaksiya Qüvvələrinin (RSF) və Sudan […]

Böyük Britaniya Sudandakı münaqişənin hər iki tərəfi ilə əlaqəli 15 hərbi komandir, silahlı qrupların lideri və təhlükəsizlik xidmətlərinin əməkdaşına qarşı sanksiyalar tətbiq edib.

Əks-səda “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.

Bildirilib ki, London onları cinsi zorakılıqda, işgəncələrdə və dinc sakinlərə hücumlarda ittiham edir.

Siyahıya Çevik Reaksiya Qüvvələrinin (RSF) və Sudan Silahlı Qüvvələrinin (SAF) komandirləri, eləcə də hökumət ordusunu dəstəkləyən silahlı qruplaşmaların liderləri daxil edilib.

Britaniya hökumətində qeyd edilib ki, yeni məhdudlaşdırıcı tədbirlər münaqişə zamanı insan haqlarının pozulmasında iştirak edən şəxslərin məsuliyyətə cəlb olunması üçün növbəti cəhddir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.