NATO Baş katibi Mark Rüttenin ABŞ-nin İrana qarşı hərbi təcavüzünə dəstək olaraq Avropa bazalarından 5000 uçuşun həyata keçirildiyini etiraf etməsi Avropanın da hücum infrastrukturunun bir hissəsi olduğunu göstərib.
Əks-səda xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi “X” sosial şəbəkə hesabında yazıb.
“Öz ərazilərini ABŞ-nin ixtiyarına verən dövlətlər məsuliyyətdən boyun qaçıra bilməzlər. Bu iştirak cavabsız qalmayacaq”, o bildirib.
Xatırladaq ki, fevralın sonundan atəşkəs qüvvəyə minənədək olan dövrdə Avropa bazalarından 5 minə uçuşun həyata keçirildiyini Rütte ilk dəfə iyulun 8-də etiraf edib. Həmin vaxt o, bu faktla Ağ Ev rəhbəri Donald Trampın avropalı müttəfiqlərinin ABŞ-nin İrana qarşı əməliyyatına kifayət qədər dəstək verməməsi ilə bağlı tənqidini qəbul etməyib.


