• Home  
  • İsrail Qəzzada HƏMAS-ın iki komandirinin öldürüldüyünü açıqlayıb
- Dünya - Gündəm - Hadisə

İsrail Qəzzada HƏMAS-ın iki komandirinin öldürüldüyünü açıqlayıb

İsrail Müdafiə Ordusu və İsrailin Ümumi Təhlükəsizlik Xidməti Qəzza zolağında HƏMAS-ın hərbi qanadının iki komandirinin öldürüldüyünü açıqlayıb. Əks-səda xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. Açıqlamaya əsasən, şənbə günü Qəzza şəhəri rayonunda hava zərbəsi nəticəsində HƏMAS-ın hərbi qanadının hərbi kəşfiyyat əməkdaşı və mühəndis bölməsinin komandiri Məhəmməd Xəlava öldürülüb. Qəzza zolağında digər zərbə zamanı HƏMAS-ın hərbi […]

İsrail Müdafiə Ordusu və İsrailin Ümumi Təhlükəsizlik Xidməti Qəzza zolağında HƏMAS-ın hərbi qanadının iki komandirinin öldürüldüyünü açıqlayıb.

Əks-səda xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Açıqlamaya əsasən, şənbə günü Qəzza şəhəri rayonunda hava zərbəsi nəticəsində HƏMAS-ın hərbi qanadının hərbi kəşfiyyat əməkdaşı və mühəndis bölməsinin komandiri Məhəmməd Xəlava öldürülüb.

Qəzza zolağında digər zərbə zamanı HƏMAS-ın hərbi qanadının mühəndis bölməsinin komandiri Əhməd Zahir Fuad Əbu-Uda öldürülüb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.