• Home  
  • Kamçatkada qızıl yatağında partlayış baş verib, ölən və yaralananlar var
- Dünya - Gündəm - Hadisə

Kamçatkada qızıl yatağında partlayış baş verib, ölən və yaralananlar var

Kamçatkada Asaça qızıl yatağında balonun partlaması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə regional İstintaq Komitəsindən məlumat verilib. Yelizovo şəhər prokurorluğu faktla bağlı araşdırma aparır. “İlkin məlumatlara görə, tikinti meydançasında podratçı təşkilat tərəfindən qaynaq işləri aparılarkən propan balonu partlayıb”, – Kamçatka diyarı prokurorluğundan bildirilib. Tikinti işləri aparılarkən təhlükəsizlik qaydalarının […]

Kamçatkada Asaça qızıl yatağında balonun partlaması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Əks-səda xəbər verir ki, bu barədə regional İstintaq Komitəsindən məlumat verilib.

Yelizovo şəhər prokurorluğu faktla bağlı araşdırma aparır.

“İlkin məlumatlara görə, tikinti meydançasında podratçı təşkilat tərəfindən qaynaq işləri aparılarkən propan balonu partlayıb”, – Kamçatka diyarı prokurorluğundan bildirilib.

Tikinti işləri aparılarkən təhlükəsizlik qaydalarının pozulması faktı üzrə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 216-cı maddəsinin 2-ci hissəsi) cinayət işi başlanıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.