• Home  
  • Türkiyədə əxlaqsızlığın təbliği əleyhinə keçirilən əməliyyat zamanı onlarla insan saxlanılıb
- Dünya - Gündəm - Hadisə - KriminaI

Türkiyədə əxlaqsızlığın təbliği əleyhinə keçirilən əməliyyat zamanı onlarla insan saxlanılıb

Türkiyənin paytaxtı Ankarada və 7 vilayətdə keçirilən əməliyyat zamanı əxlaqsızlıq və fahişəliyə təhrik edən məzmun paylaşdıqlarına görə onlarla insan saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Ankara Baş Prokurorluğu, Ankara Vilayət Polis İdarəsinin İctimai Asayiş Şöbəsi tərəfindən aparılan istintaq çərçivəsində 7 vilayətdə keçirilən əməliyyatlar zamanı internetdə və sosial şəbəkələrdə əxlaqsızlığa və fahişəliyə […]

Türkiyənin paytaxtı Ankarada və 7 vilayətdə keçirilən əməliyyat zamanı əxlaqsızlıq və fahişəliyə təhrik edən məzmun paylaşdıqlarına görə onlarla insan saxlanılıb.

Əks-səda xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Ankara Baş Prokurorluğu, Ankara Vilayət Polis İdarəsinin İctimai Asayiş Şöbəsi tərəfindən aparılan istintaq çərçivəsində 7 vilayətdə keçirilən əməliyyatlar zamanı internetdə və sosial şəbəkələrdə əxlaqsızlığa və fahişəliyə təhrik edən paylaşım etdiklərinə görə müəyyən edilmiş 54 şübhəlidən 45-i saxlanılıb.

Məhkəmə əxlaqsızlıq cinayəti ilə bağlı 14 şübhəli haqqında həbs qərarı və 10 şübhəli haqqında məhkəmə nəzarəti qərarı çıxarıb.

Digər şəxslərlə bağlı istintaq davam edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.