• Home  
  • “Həzi Aslanov”-“İçərişəhər” metro xəttində birbaşa hərəkət bərpa olunub
- Cəmiyyət - Gündəm - Ölkə

“Həzi Aslanov”-“İçərişəhər” metro xəttində birbaşa hərəkət bərpa olunub

“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov”-“İçərişəhər” metro xəttində birbaşa hərəkət sınaq məqsədi ilə bərpa olunub. Əks-səda xəbər verir ki, bununla da “Həzi Aslanov”-“Əhmədli” sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. Xatırladaq ki, “Həzi Aslanov” metrostansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar 2024-cü il noyabrın 30-dan Bakı metrosunun “Qırmızı” və “Yaşıl” xətlərində qatarların hərəkət sxemi dəyişdirilib. […]

“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov”-“İçərişəhər” metro xəttində birbaşa hərəkət sınaq məqsədi ilə bərpa olunub.

Əks-səda xəbər verir ki, bununla da “Həzi Aslanov”-“Əhmədli” sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib.

Xatırladaq ki, “Həzi Aslanov” metrostansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar 2024-cü il noyabrın 30-dan Bakı metrosunun “Qırmızı” və “Yaşıl” xətlərində qatarların hərəkət sxemi dəyişdirilib. Həmin tarixdən qatarlar “İçərişəhər” və “Dərnəgül” metro stansiyalarından “Əhmədli” stansiyasına qədər hərəkət edib, “Həzi Aslanov”-“Əhmədli” sahəsində isə ayrıca məkik hərəkəti təşkil olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.