• Home  
  • ABŞ İsrailə əlavə “Patriot” hava hücumundan müdafiə sistemi göndərəcək
- Dünya - Gündəm - Siyasət

ABŞ İsrailə əlavə “Patriot” hava hücumundan müdafiə sistemi göndərəcək

ABŞ İsrailin raket hücumlarından müdafiəsini gücləndirmək məqsədilə Texas ştatından ölkəyə əlavə “Patriot” zenit-raket kompleksi göndərmək qərarına gəlib. Əks-səda xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, noyabr ayında Yaxın Şərqə ABŞ Hərbi Dəniz Qüvvələrinin əlavə aviadaşıyıcı zərbə qrupu da göndəriləcək. Onun artıq regionda olan 20 ABŞ hərbi […]

ABŞ İsrailin raket hücumlarından müdafiəsini gücləndirmək məqsədilə Texas ştatından ölkəyə əlavə “Patriot” zenit-raket kompleksi göndərmək qərarına gəlib.

Əks-səda xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, noyabr ayında Yaxın Şərqə ABŞ Hərbi Dəniz Qüvvələrinin əlavə aviadaşıyıcı zərbə qrupu da göndəriləcək. Onun artıq regionda olan 20 ABŞ hərbi gəmisinə qoşulacağı gözlənilir.

Vurğulanır ki, Vaşinqton İranla hərbi əməliyyatların yenidən başlaması ehtimalını nəzərə alaraq Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirir.

Qəzetin mənbələri bildiriblər ki, ABŞ administrasiyası münaqişənin yenidən alovlanacağı təqdirdə atıla biləcək addımların müxtəlif variantlarını nəzərdən keçirir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.