• Home  
  • İspaniyada qatar maşinistləri tətil keçirirlər
- Dünya - Gündəm - Hadisə

İspaniyada qatar maşinistləri tətil keçirirlər

İspaniyada “Semaf” qatar maşinistləri həmkarlar ittifaqı Urdedə (Toledo) baş vermiş faciəvi qəzadan bir gün sonra, “Renfe” operator şirkətindən təhlükəsizlik sahəsində vəziyyətin yaxşılaşdırılmasını və üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb edərək tətilə başlayıb. Əks-səda xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Tətildə ən azı 6 min nəfər iştirak edəcək. “Renfe” şirkətinin qatar maşinistləri həmçinin qatarların […]

İspaniyada “Semaf” qatar maşinistləri həmkarlar ittifaqı Urdedə (Toledo) baş vermiş faciəvi qəzadan bir gün sonra, “Renfe” operator şirkətindən təhlükəsizlik sahəsində vəziyyətin yaxşılaşdırılmasını və üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb edərək tətilə başlayıb.

Əks-səda xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

Tətildə ən azı 6 min nəfər iştirak edəcək.

“Renfe” şirkətinin qatar maşinistləri həmçinin qatarların toqquşması nəticəsində zərər çəkmiş mütəxəssislərə yardım göstərilməsi protokolunda ixtisarların və ya dəyişikliklərin olmamasını tələb edirlər.

Öz növbəsində, “Renfe” şirkəti “Semaf” tərəfindən irəli sürülən tələblərin onun səlahiyyətləri çərçivəsindən kənara çıxdığını bildirir və buna görə də tətilin vəziyyətdən çıxış yolu olmadığını hesab edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.