• Home  
  • Rusiya Dneprdə vağzala zərbə endirib: 13 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Rusiya Dneprdə vağzala zərbə endirib: 13 nəfər ölüb

Rusiya Dneprdə (Ukrayna) dəmir yolu vağzalına reaktiv dronla zərbə endirib, nəticədə 13 nəfər ölüb, ən azı 5 nəfər yaralanıb. Əks-səda “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyası məlumat yayıb. “Ukrzaliznıtsya” şirkətinin məlumatına görə, zərbə vağzalın platformalarından birinə dəyib və həmin vaxt orada Dnepr – Zaporojye marşrutu üzrə hərəkət edən 866 nömrəli elektrik qatarı […]

Rusiya Dneprdə (Ukrayna) dəmir yolu vağzalına reaktiv dronla zərbə endirib, nəticədə 13 nəfər ölüb, ən azı 5 nəfər yaralanıb.

Əks-səda “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyası məlumat yayıb.

“Ukrzaliznıtsya” şirkətinin məlumatına görə, zərbə vağzalın platformalarından birinə dəyib və həmin vaxt orada Dnepr – Zaporojye marşrutu üzrə hərəkət edən 866 nömrəli elektrik qatarı olub.

Elan edilmiş yüksək təhlükə səviyyəsinə baxmayaraq, platformada insanlar olub.

Xilasedicilər, tibb işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.