• Home  
  • Polşada casusluqda şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb
- Dünya - Gündəm - KriminaI

Polşada casusluqda şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb

Polşada dəmir yolu infrastrukturu obyektlərinin çəkilişini apardığına görə casusluqda ittiham olunan 55 yaşlı Rusiya vətəndaşı saxlanılıb. Əks-səda xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın cənub-qərbindəki Aşağı Sileziya voyevodalığının polis idarəsindən bildirilib. Həmin şəxs Svidnitsa şəhərində saxlanılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, kişi dəmir yolu infrastrukturu obyektlərinin şəkillərini çəkib. “Polis xarici xüsusi xidmət orqanlarının maraqları naminə […]

Polşada dəmir yolu infrastrukturu obyektlərinin çəkilişini apardığına görə casusluqda ittiham olunan 55 yaşlı Rusiya vətəndaşı saxlanılıb.

Əks-səda xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın cənub-qərbindəki Aşağı Sileziya voyevodalığının polis idarəsindən bildirilib.

Həmin şəxs Svidnitsa şəhərində saxlanılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, kişi dəmir yolu infrastrukturu obyektlərinin şəkillərini çəkib.

“Polis xarici xüsusi xidmət orqanlarının maraqları naminə hərəkətlər etməkdə şübhəli bilinən Rusiya Federasiyası vətəndaşını saxlayıb”, – qurumun “X” sosial şəbəkəsindəki məlumatında bildirilib.

Məhkəmə rusiyalı barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.